|
10 iyun 2013, 18:30
İlham Əliyev Fələstinin xarici işlər naziri Riad Malkini qəbul etmişdir
Prezident İlham Əliyev Fələstin Dövlətinin xarici işlər naziri Riad Malkini qəbul etmişdir. Dövlət başçısı Azərbaycan ilə Fələstin Dövləti arasında fəal əməkdaşlıq əlaqələrinin olduğunu qeyd etdi. Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyəsindən razılığını bildirən Prezident İlham Əliyev iqtisadi sahədə də əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu dedi və biznes, sərmayə qoyuluşu sahəsində imkanların araşdırıldığını vurğuladı. Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın ölkəmizə səfərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev səfər zamanı əməkdaşlığımızın möhkəmləndirilməsi ilə bağlı vacib məsələlərin müzakirə edilməsinin önəmini diqqətə çatdırdı. Xalqlarımız arasında səmimi dostluq münasibətlərinin olduğunu deyən dövlətimizin başçısı Azərbaycanın beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də Fələstinlə bağlı təşəbbüsləri dəstəkləməsinin əhəmiyyətini vurğuladı. Fələstin Dövlətinin xarici işlər naziri Riad Malki ölkəsi ilə əməkdaşlığın genişləndirilməsinə dair fikirlərinə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. O, Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın məktubunu dövlətimizin başçısına təqdim etdi. Xarici işlər naziri Riad Malki məktubda Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın dövlətimizin başçısına salamlarının və BMT Baş Assambleyasında Fələstinin “qeyri-üzv müşahidəçi dövlət” kimi tanınması ilə bağlı keçirilən səsvermədə Azərbaycanın verdiyi dəstəyə görə minnətdarlığının yer aldığını dedi. Dövlət başçısı Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın məktubuna və salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Fələstinin dövlət başçısına çatdırmağı xahiş etdi. AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.