Gerb

11 iyun 2013, 12:02

Çox hörmətli Prezident! 

Qubanın Rustov-Xanəgah-Gürdən yolunun yenidən qurulması üçün verdiyiniz Sərəncama görə Sizə öz adımdan və Xanəgah kənd sakinləri adından dərin təşəkkürümü bildirirəm. Sizə cansağlığı, uzun ömür, firavan həyat diləyirəm. Bizim kənd camaatının ən böyük çətinliyi yol sarıdan olub. Yenidən qurulan bu yolla ziyarətgahlara, səfalı yaylaqlara, Baba dağına getmək daha asan olacaq, kəndlərimizə yeni nəfəs, yeni həyat gələcəkdir.

Sizə bir daha doğma Azərbaycanın tərəqqisi üçün gördüyünüz işlərdə uğurlar arzulayıram.

Hörmətlə,

Qurbanov Mirzəhməd Şıxəhməd oğlu, əmək veteranı

Azərbaycan Respublikası, Quba rayonu, Xanəgah kəndi.