Gerb

05 oktyabr 2010, 15:32

Çox hörmətli cənab Prezident!

Hər il olduğu kimi, bu il də peşə bayramımız ərəfəsində Sizin 2010-cu il 4 oktyabr tarixli Sərəncamınızla təhsil işçilərinin böyük bir qrupu yüksək dövlət mükafatlarına layiq görülmüşdür. Bu xoşbəxtlik mənə də müyəssər olmuş, “Əməkdar müəllim” fəxri adına layiq görülmüşəm. İlk növbədə öz adımdan, çoxminli Gəncə şəhər təhsil işçiləri adından Sizə dərin minnətdarlığımızı və sonsuz təşəkkürümüzü bildiririk. 

Sizi əmin edirəm ki, ulu öndər Heydər Əliyevin siyasətinə sadiq bir vətəndaş kimi bundan sonra da daim Azərbaycan təhsilinin inkişafı naminə əlimdən gələni əsirgəməyəcəyəm.

Dərin hörmət və ehtiramla,

Əməkdar müəllim, İmranov Bəhrəm Əşrəf oğlu,

Azərbaycan Respublikası
Gəncə şəhəri, Bəxtiyar Əliyev küçəsi, bina 6, mənzil 45.