|
11 iyun 2013, 17:15
İlham Əliyev Körfəz Əməkdaşlıq Şurası baş katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Prezident İlham Əliyev Körfəz Əməkdaşlıq Şurasının baş katibi Əbdül Lətif bin Rəşid Əl-Zəyaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Körfəz Əməkdaşlıq Şurasının baş katibi Əbdül Lətif bin Rəşid Əl-Zəyani Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin dövlət başçılarının salamlarını Azərbaycan Prezidentinə çatdırdı. Görüşdə Fələstinə yardım göstərilməsi üzrə Bakıda keçirilən beynəlxalq konfransın əhəmiyyəti vurğulandı, Azərbaycan ilə Körfəz ölkələri arasında əməkdaşlığın yüksək səviyyədə olduğu bildirildi, münasibətlərimizin ikitərəfli formatda və beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf etdiyi qeyd edildi. Söhbət zamanı əməkdaşlığın yeni sahələrinin müəyyənləşdirilməsinin önəmi diqqətə çatdırıldı, əlaqələrimizin bütün sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Dövlət başçısı Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin dövlət başçılarının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Körfəz dövlətlərinin başçılarına çatdırmağı xahiş etdi. AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.