|
11 iyun 2013, 17:20
İlham Əliyev Misirin xarici işlər nazirini qəbul etmişdir
Prezident İlham Əliyev Misir Ərəb Respublikasının xarici işlər naziri Mohamed Kamel Amrin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Misirin xarici işlər naziri Prezident Məhəmməd Mursinin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. Ölkələrimizin bir-birinə zəngin tarixi dəyərlərlə bağlandığını vurğulayan nazir əməkdaşlığımızın inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu qeyd etdi. Dövlət başçısı Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında ikitərəfli münasibətlərin genişləndirilməsi, beynəlxalq əlaqələrin, regional inkişaf və digər sahələrdə fəal əməkdaşlığın inkişaf etdirilməsinin önəmini vurğuladı. Prezident İlham Əliyev ölkələrimizin güclü tərəfdaşlıq əlaqələrinin yaradılması üçün yaxşı potensialın olduğunu diqqətə çatdırdı. Görüşdə Azərbaycan ilə Misir arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, sərmayə qoyuluşu və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Dövlət başçısı Misir Prezidenti Məhəmməd Mursinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Misirin dövlət başçısına çatdırmağı xahiş etdi. AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.