|
11 iyun 2013, 17:25
İlham Əliyev Malayziyanın xarici işlər nazirini qəbul etmişdir
Prezident İlham Əliyev Malayziyanın xarici işlər naziri Anifah Amanı qəbul etmişdir. Dövlət başçısı Malayziyanın xarici işlər naziri Anifah Amanın ölkəmizə səfərinin ikitərəfli əlaqələrin inkişafı ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaradacağına ümidvar olduğunu bildirdi. Ölkələrimiz arasında siyasi əlaqələrin səviyyəsindən razılıq edən Prezident İlham Əliyev bu əlaqələrin iqtisadi sahədə də inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu dedi. Malayziyanın xarici işlər naziri Anifah Aman Baş nazir Dato Sri Mohd Najibin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. O, səfəri çərçivəsində paytaxtımızda gedən böyük inkişaf proseslərinin şahidi olduğunu dedi. Dövlətimizin başçısı Malayziyanın Baş naziri Dato Sri Mohd Najibin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Malayziyanın Baş nazirinə çatdırmağı xahiş etdi. AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.