2013-cü il aprelin 22-də Brazilia şəhərində imzalanmış “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Braziliya Federativ Respublikasının İdman Nazirliyi arasında idman sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
11 iyun 2013, 21:55
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2013-cü il aprelin 22-də Brazilia şəhərində imzalanmış “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Braziliya Federativ Respublikasının İdman Nazirliyi arasında idman sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Braziliya Federativ Respublikası Hökumətini xəbərdar etsin.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 iyun 2013-cü il.
