Gerb

11 iyun 2013, 21:20

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2013-cü il mayın 8-də Kolombo şəhərində imzalanmış “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Şri-Lanka Demokratik Sosialist Respublikasının Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi:

2.1. bu Fərmanın 1-ci hissəsində göstərilən Protokolun müddəalarının həyata keçirilməsini təmin etsin;

2.2. bu Fərmanın 1-ci hissəsində göstərilən Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Şri-Lanka Demokratik Sosialist Respublikası Hökumətini xəbərdar etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 iyun 2013-cü il.