Gerb

11 iyun 2013, 21:15

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 
2013-cü il mayın 3-də Dehli şəhərində imzalanmış “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Hindistan Respublikasının Xarici İşlər Nazirliyi arasında əməkdaşlığa dair Protokol” təsdiq edilsin.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi:

2.1. bu Fərmanın 1-ci hissəsində göstərilən Protokolun müddəalarının həyata keçirilməsini təmin etsin;

2.2. bu Fərmanın 1-ci hissəsində göstərilən Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Hindistan Respublikası Hökumətini xəbərdar etsin. 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 iyun 2013-cü il.