Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

2013-cü il mayın 3-də Dehli şəhərində imzalanmış “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Hindistan Respublikasının Xarici İşlər Nazirliyi arasında əməkdaşlığa dair Protokol”un təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Text size Plus Minus

11 iyun 2013, 21:15

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 
2013-cü il mayın 3-də Dehli şəhərində imzalanmış “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Hindistan Respublikasının Xarici İşlər Nazirliyi arasında əməkdaşlığa dair Protokol” təsdiq edilsin.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi:

2.1. bu Fərmanın 1-ci hissəsində göstərilən Protokolun müddəalarının həyata keçirilməsini təmin etsin;

2.2. bu Fərmanın 1-ci hissəsində göstərilən Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Hindistan Respublikası Hökumətini xəbərdar etsin. 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 iyun 2013-cü il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi