|
12 iyun 2013, 15:20
“İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununu “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır: “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 114; 2003, № 6, maddə 277; 2004, № 8, maddə 598, № 11, maddə 901, № 12, maddə 973; 2007, № 1, maddə 3, № 6, maddə 562, № 11, maddə 1053; 2008, № 6, maddə 462, № 7, maddə 602; 2009, № 12, maddə 952; 2010, № 2, maddə 75, № 7, maddə 591; 2011, № 6, maddə 482, № 7, maddə 618; 2012, № 11, maddə 1052) aşağıdakı məzmunda 68.1.6-1-ci maddə əlavə edilsin: “68.1.6-1. Azərbaycan Respublikasının keçmiş Prezidentinə və onun ailə üzvlərinə “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq ödənilməli olan pensiya, müavinət və digər ödənişlərə (Azərbaycan dövlətinə ödənilməli olan və müddəti bitmiş borcun ödənilməsi, habelə pensiya təyin edildiyi keçmiş Prezidentin keçmiş arvadının (ərinin) və ya azyaşlı uşağının saxlanması üçün müntəzəm olaraq pul məbləğlərinin ödənilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının olması halları istisna olmaqla);”.
İlham Əliyev AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.