İlham Əliyev Naxçıvan Regional İnformasiya Mərkəzinin açılışında iştirak etmişdir

05 oktyabr 2010, 20:30
İlham Əliyev Naxçıvan Regional İnformasiya Mərkəzinin açılışında iştirak etmişdir

Prezident İlham Əliyev məhdud fiziki imkanlı insanlar üçün Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Naxçıvan Regional İnformasiya Mərkəzinin açılışında iştirak etmişdir.

Dövlət başçısı açılışı bildirən lenti kəsdi və mərkəzlə yaxından tanış oldu.

Bildirildi ki, mərkəzin yaradılmasında əsas məqsəd məhdud fiziki imkanlı insanlar üçün informasiya texnologiyalarının tədrisi, gözdən əlil uşaqlara informasiya texnologiyaları sahəsində bilik və bacarıqların aşılanmasıdır. Heydər Əliyev Fondunun, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, həmçinin BMT-nin İnkişaf Proqramının həyata keçirdikləri bu layihənin əsasında yaradılan Naxçıvan Regional İnformasiya Mərkəzinin xidmətindən Naxçıvan şəhəri daxil olmaqla muxtar respublikanın 7 rayonunda yaşayan fiziki qüsurlu insanlar istifadə edə biləcəklər.

İkimərtəbəli mərkəzdə 60 nəfərlik kinozal, 40 nəfərlik iclas zalı yaradılmışdır. Kinozalda məhdud imkanlı insanlar üçün subtitrli filmlərin nümayişi nəzərdə tutulmuşdur. Mərkəzdə istirahət otağı, 24 kompyuterdən ibarət 2 kompyuter və 12 kompyuterlə təchiz olunan tədris otaqları fəaliyyət göstərir. Burada gözdən əlil və görmə qabiliyyəti zəif olan insanların Brayl monitorları vasitəsilə internetə daxil olaraq informasiya əldə etməsi və informasiyanı Brayl printerləri ilə çap etmələri üçün lazımi şərait yaradılmışdır. Görmə qabiliyyətini itirmiş insanlar burada mətni audio formata çevirən avadanlıq vasitəsilə istədikləri məlumatı əldə edə bilərlər. Kitabxanada isə Brayl şriftli kitablardan ibarət xüsusi guşə yaradılmışdır. Burada gözdən əlillər üçün xüsusi klaviatura və qulaqcıqlar qoyulmuşdur. “Kitabsevər” xüsusu avadanlığı vasitəsilə isə hər hansı məlumatı kompyuterə köçürüb səsləndirmək mümkündür.

Mərkəzdə audiostudiya da vardır. Studiyanın köməyi ilə audiokitabların nəşri mümkündür. İstifadəçilər mərkəzin internet saytından lazımi informasiyanı əldə etməklə yanaşı, “tanışlıq” bölməsinin köməyi ilə bir-biriləri ilə ünsiyyət qura bilərlər. Burada əqli cəhətdən zəif olan insanlar üçün intellektual oyunlar otağı da yaradılmışdır.

Ümumi sahəsi 860 kvadratmetr olan binanın həyətində yaşıllaşdırma işləri aparılmış, istirahət guşələri salınmışdır. Birgə əməkdaşlıq çərçivəsində Gəncə şəhərində də müvafiq mərkəz yaradılmışdır.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:06
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının...

24 aprel 2024, 13:06
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:04
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD...

24 aprel 2024, 13:04