Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

“Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Text size Plus Minus

12 iyun 2013, 21:30

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununu “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır

“Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 404; 2002, № 12, maddə 706; 2004, № 2, maddə 57, № 4, maddə 199; 2006, № 2, maddə 64, № 12, maddə 1005; 2007, № 1, maddə 4; 2009, № 5, maddə 308; 2010, № 7, maddə 579; 2011, № 2, maddə 71; 2012, № 11, maddə 1038) 6-cı maddəsinə aşağıdakı məzmunda beşinci hissə əlavə edilsin:

“Azərbaycan Respublikasının keçmiş Prezidentinin rəsmi yazışma sənədlərinin surətlərindən ibarət arxiv keçmiş Prezidentin sərəncamında saxlanılır.”.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 may 2013-cü il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi