|
12 iyun 2013, 20:00
“Məlumat toplularının hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq, “Məlumat toplularının hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununu “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır: “Məlumat toplularının hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 885; 2006, № 12, maddə 1005; 2008, № 6, maddə 462, № 12, maddə 1047; 2009, № 12, maddə 971) aşağıdakı dəyişikliklər edilsin: 1. 14.1-ci maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin: “Məlumat toplusunun hüquq sahibinin və ya istehsalçısının razılığı olmadan hazırlanan (istehsal edilən), həmçinin istehsalçının istifadə etdiyi texniki mühafizə vasitələrini dolayısı və ya birbaşa müdaxilə yolu ilə keçməklə əldə edilən və yayılan nüsxəsi pirat nüsxə sayılır.”. 2. 14.2-ci və 14.3-cü maddələr aşağıdakı redaksiyada verilsin: “14.2. Məhkəmə hüquqpozmaya səbəb olan məlumat toplularının kompensasiya ödənilmədən ticarət şəbəkəsindən çıxarılması, onların hazırlanmasında (istehsalında) istifadə olunan materialların və avadanlıqların istifadəçidən götürülməsi, müsadirə və ya məhv edilməsi barədə qərar çıxarmaq hüququna malikdir. Belə məsələlərə baxılarkən üçüncü şəxslərin qanuni maraqları nəzərə alınmalıdır. 14.3. Məlumat toplularının pirat nüsxələri, onların hazırlanmasında (istehsal edilməsində) və yayılmasında istifadə olunan materiallar, avadanlıqlar və hüquqpozmaya səbəb olan digər vasitələr Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq müsadirə edilir.”. 3. 18.2-ci maddədə “istehsalı” sözü “hazırlanması (istehsalı)” sözləri ilə əvəz edilsin. 4. 18.4-cü maddədə “İstehsalı” sözü “Hazırlanması (istehsalı)” sözləri ilə əvəz edilsin.
İlham Əliyev Bakı şəhəri, 30 aprel 2013-cü il. AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.