Gerb

13 iyun 2013, 19:05

Möhtərəm cənab Prezident!

Siz Pirallahı qəsəbəsinin inkişafına, onun sakinlərinin sosial problemlərinin həllinə həmişə xüsusi diqqət göstərmisiniz. Bu ilin yanvarında imzaladığınız Qanunla Bakı şəhərinin inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılmasından sonra isə bu inkişaf daha geniş vüsət almışdır. İndi qəsəbəmizdə geniş abadlıq və quruculuq işləri aparılır. Bütün bunlar qəsəbə sakinləri tərəfindən çox böyük sevinclə qarşılanır. Onlar sizin uğurlu siyasətinizi ürəkdən bəyənir və müdafiə edirlər.

Möhtərəm cənab Prezident!

Bizə göstərdiyiniz diqqət və qayğıya görə qəsəbə sakinləri adından Sizə dərin minnətdarlığımızı bildiririk. Azərbaycanın tərəqqisi naminə apardığınız qətiyyətli mübarizədə daim Sizinləyik!

Kazımov Şamil

Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı qəsəbəsi.