|
14 iyun 2013, 18:30
Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetə
Ülyahəzrət, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı – Təvəllüd gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza Azərbaycan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi yetirirəm. Azərbaycan ilə Birləşmiş Krallığı möhkəm dostluq əlaqələri birləşdirir. Dövlətlərarası münasibətlərimizin yüksək səviyyəsi bütün sahələrdə dinamik inkişaf edən əməkdaşlığımız üçün əlverişli zəmin yaratmışdır. İnanıram ki, davamlı siyasi təmaslarımız, qarşılıqlı faydalı iqtisadi əməkdaşlığımız və ölkələrimiz arasında daim gerçəkləşən mədəni mübadilələr ikitərəfli münasibətlərimizin çevrəsini genişləndirməklə bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Birləşmiş Krallığın dost xalqına daim sülh və firavanlıq diləyirəm. Hörmətlə,
İlham Əliyev Bakı, 6 iyun 2013-cü il. AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.