Gerb

14 iyun 2013, 19:15

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq q ə r a r a a l ı r:

“Qara Dəniz Ticarət və İnkişaf Bankının təsis edilməsi haqqında” Sazişə Qara Dəniz Ticarət və İnkişaf Bankının Müdirlər Şurasının 2011-ci il 19 iyun tarixli 131 nömrəli Qətnaməsi ilə qəbul edilmiş düzəlişlər təsdiq edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 may 2013-cü il.