Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Həsən Ruhaniyə

Text size Plus Minus

16 iyun 2013, 13:15

Hörmətli cənab Həsən Ruhani,

İran İslam Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Mən Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındakı münasibətlərə böyük əhəmiyyət verirəm. Bu münasibətlər tarixən mehriban qonşuluq və dostluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanır. Xalqlarımızı, həmçinin ortaq mənəvi dəyərlər və ənənələr, zamanın sınaqlarından çıxmış qarşılıqlı inam və etimad hissləri birləşdirir.

Əminəm ki, ölkələrimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq belə möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimizin, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik.

Bir daha Sizə təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, dost İran xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 16 iyun 2013-cü il. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi