|
18 iyun 2013, 17:20
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının IV qurultayının iştirakçılarına
Hörmətli qurultay iştirakçıları! Sizi salamlayır və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının IV qurultayının işə başlaması münasibətilə ürəkdən təbrik edirəm. 1999-cu ildə yaradılmış, özündə minlərlə sahibkarları birləşdirən Konfederasiya son illərdə daha da inkişaf edərək, ölkənin ictimai həyatında öz layiqli yerini tutmuşdur. Bu gün Azərbaycanda dövlət - sahibkar münasibətlərini tənzimləyən əsas prinsiplər müəyyənləşdirilmişdir. Ölkəmizdə ümumi daxili məhsulun həcmində özəl sektorun payı 83 faizə çatmışdır. Sahibkarlığın dəstəklənməsi dövlətimizin sosial-iqtisadi inkişaf strategiyasının ən önəmli istiqamətlərindən biridir. Zamanın tələblərinə uyğun olaraq aparılan islahatlar, müxtəlif sahələri əhatə edən dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələri, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması sahəsində görülən ardıcıl işlər, özəl sektorun inkişafına dövlət qayğısı nəticəsində sahibkarların sayı sürətlə artır, ən müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli müəssisələr açılır, ölkə iqtisadiyyatına investisiya qoyuluşu genişlənir. Azərbaycanın iş adamları dünyanın bir çox ölkələrində qarşılıqlı fayda əsasında işgüzar əlaqələr quraraq uğurla fəaliyyət göstərirlər. Hörmətli qurultay iştirakçıları! Cəmiyyətin tərəqqisi qarşıya daim yeni vəzifələr qoyur. Müasir dövrün inkişaf meylləri sahibkarların məsuliyyətini daha da artırır, zamanın çağırışlarına hazır olmağı tələb edir. Əminəm ki, qurultayın qərarları ölkənin sosial-iqtisadi inkişafına öz dəyərli töhfəsini verəcəkdir.
Sizi bir daha təbrik edir, işlərinizdə uğurlar arzulayıram. AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.