Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Sloveniya Respublikasının Prezidenti Zati-aliləri cənab Borut Pahora

Text size Plus Minus

24 iyun 2013, 18:45

Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Dövlətçilik günü münasibətilə Sizi və xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Sloveniya dövlətlərarası münasibətlərinin inkişafı, dostluq əlaqələrimizin möhkəmlənməsi, əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsi yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Sloveniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 6 iyun 2013-cü il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi