Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Qətər Dövlətinin Əmiri Əlahəzrət şeyx Təmim bin Həməd Al Taniyə

Text size Plus Minus

27 iyun 2013, 18:20

Əlahəzrət,

Qətər Dövlətinin Əmiri kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Mən Azərbaycan-Qətər münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm. Ümidvaram ki, xalqlarımızın iradəsindən qaynaqlanan dostluq əlaqələrimizin daim möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik.

Bir daha Sizə təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Qətər xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 27 iyun 2013-cü il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi