“Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Müqavilənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Text size
27 iyun 2013, 18:40
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq q ə r a r a a l ı r :
“Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” 2013-cü il aprelin 4-də Nyu Dehli şəhərində imzalanmış Müqavilə təsdiq edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 may 2013-cü il.
