Monqolustanın Prezidenti Zati-aliləri cənab Saxiaqiyn Elbeqdorja
Text size
28 iyun 2013, 18:10
Hörmətli cənab Prezident,
Monqolustanın Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Monqolustan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda bundan sonra da birgə səylərimizi davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Monqolustan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 28 iyun 2013-cü il.
