|
28 iyun 2013, 19:00
İlham Əliyev Avropa Xalq Partiyasının Xarici Əlaqələr üzrə ekspert qrupunun həmsədri, İtaliyanın keçmiş xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Prezident İlham Əliyev Avropa Xalq Partiyasının Xarici Əlaqələr üzrə ekspert qrupunun həmsədri, İtaliyanın keçmiş xarici işlər naziri Franko Frattininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin uğurla inkişaf etdiyi bildirildi, Prezident İlham Əliyevin Brüsselə səfəri və səfər zamanı əməkdaşlığımızın genişləndirilməsinə dair Avropa İttifaqının rəhbərləri ilə apardığı səmərəli müzakirələrin önəmli olduğu qeyd edildi. Yeni Azərbaycan Partiyası ilə Avropa Xalq Partiyası arasında əməkdaşlığı genişləndirməyin əhəmiyyəti vurğulandı, Avropa Xalq Partiyasının Xarici Əlaqələr üzrə ekspert qrupunun həmsədri, İtaliyanın keçmiş xarici işlər naziri Franko Frattinin ölkəmizə səfərinin bu əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olundu. Söhbət zamanı, həmçinin Avropanın bəzi qurumlarının, o cümlədən Avropa Xalq Partiyasının bəzi nümayəndələrinin Azərbaycanda gedən inkişaf prosesləri ilə əlaqədar həqiqətə uyğun olmayan qeyri-obyektiv mövqe nümayiş etdirmələrinin əməkdaşlığımızın genişləndirilməsi işinə xidmət etmədiyi vurğulanaraq bu məsələlər ətrafında da fikir mübadiləsi aparıldı. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.