|
07 oktyabr 2010, 18:27
Mənsum İbrahimovdan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident! 50 illik yubileyim münasibətilə ölkənin yüksək mükafatı – “Şöhrət” ordeni ilə təltif olunmağım haqqında Sərəncamınızı böyük sevinc hissi ilə qarşıladım. Əməyimə verdiyiniz yüksək qiymətə görə Sizə dərin təşəkkürümü bildirirəm. Bu orden yaradıcı fəaliyyətim müddətində layiq görüldüyüm ən dəyərli mükafatlardan biri olacaqdır. Cənab Prezident! Layiq görüldüyüm bu mükafatı təkcə mənim sənətimə deyil, ümumilikdə uzun illərdən bəri çalışdığım aparıcı sənət ocağı olan Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının fəaliyyətinə və milli muğam sənətimizə verilən yüksək qiymət kimi dəyərləndirirəm. Möhtərəm Prezident! Sizə bir daha dərin minnətdarlığımı bildirir, Sizə və ailə üzvlərinizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik arzulayıram. Əmin edirəm ki, milli muğam sənətimizin inkişafı və çiçəklənməsi naminə bundan sonra da var qüvvəmlə çalışacağam.
Hörmətlə,
Azərbaycan Respublikasının Xalq Artisti, AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.