|
28 iyun 2013, 19:10
İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Musaid bin İbrahim bin Abdullah Əl-Səlimin etimadnaməsini qəbul etmişdir. Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi. Musaid bin İbrahim bin Abdullah Əl-Səlim etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi. Ölkələrimiz və xalqlarımız arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı Səudiyyə Ərəbistanının Azərbaycana dost və müttəfiq ölkələrdən biri olduğunu dedi. Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında güclü siyasi və mədəni əlaqələrin mövcud olduğunu bildirən Prezident İlham Əliyev bu əlaqələrin iqtisadi sahədə də inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu qeyd etdi. Dövlətimizin başçısı ölkələrimizin bütün beynəlxalq təşkilatlarda daim bir-birini dəstəkləməsinin əhəmiyyətini vurğuladı. Musaid bin İbrahim bin Abdullah Əl-Səlimin ölkəmizdəki diplomatik fəaliyyəti müddətində bu əlaqələrin daha da inkişaf etdiriləcəyinə və yeni əməkdaşlıq sahələrinin müəyyənləşdiriləcəyinə ümidvar olduğunu bildirən Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı. Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səudun salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələri genişləndirməkdə maraqlı olduğunu dedi. Ölkələrimiz arasında siyasi münasibətlərin yaxşı səviyyəsindən razılığını bildirən səfir əlaqələrimizin iqtisadi sahədə də inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu vurğulayaraq bu istiqamətdə səylərini əsirgəməyəcəyini bildirdi. Dövlət başçısı Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səudun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Səudiyyə Ərəbistanının Kralına çatdırmağı xahiş etdi. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.