|
01 iyul 2013, 15:00
İlham Əliyev Şirvan Olimpiya İdman Kompleksinin açılışında iştirak etmişdir
Prezident İlham Əliyev Şirvan Olimpiya İdman Kompleksinin açılışında iştirak etmişdir. Burada müasir idman qurğuları ilə təchiz edilmiş trenajor, cüdo, güləş, boks zalları, sauna və bilyard otağı da fəaliyyət göstərəcəkdir. Bu müasir kompleksin idman zalında 980 tamaşaçı yeri vardır. Zalda idmançılar mini futbol, voleybol və basketbol ilə məşğul olacaqlar. Burada istər yerli, istərsə də beynəlxalq əhəmiyyətli idman tədbirləri keçirmək mümkün olacaqdır. Kompleksin ümumi uzunluğu 50 metr olan üzgüçülük hovuzu da müasir səviyyədə yaradılmışdır. İdman qurğusunun həyətində 1020 yerlik futbol stadionu, mini futbol, basketbol meydançası inşa edilmişdir. Prezident İlham Əliyev Şirvan Olimpiya İdman Kompleksində yaradılmış şəraiti yüksək qiymətləndirdi. Qeyd edək ki, 1997-ci ildə Azərbaycanda Olimpiya hərəkatında yeni mərhələnin başlanması ilə ölkəmiz dünyanın idman ailəsinə daxil olmuşdur. Bu sahənin sürətli inkişafının təmin edildiyi Azərbaycan artıq beynəlxalq əhəmiyyətli idman yarışlarının keçirilməsi üçün əlverişli məkana çevrilmişdir. 2003-cü ildən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strategiyaya uyğun olaraq idman ölkədə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Ölkəmizin idman statusunun daha da möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər görülmüşdür. Bu dövrün əsas xarakterik xüsusiyyəti ölkədə geniş maddi-texniki bazaya malik idman infrastrukturunun yaradılması, bu sahənin inkişafı ilə bağlı dövlət proqramlarının qəbul olunması, idmançıların sosial problemlərinin həllinə dair daha təsirli tədbirlərin görülməsi idi. İlk növbədə, regionlar da daxil olmaqla bütün ölkə üzrə beynəlxalq standartlara malik yeni, müasir idman qurğularının, Olimpiya İdman komplekslərinin tikilməsinə başlanmış və bu məqsədə yüksək səviyyədə nail olunmuşdur. Bununla da ölkədə yeni idmançı nəslinin yetişməsini, idmanın kütləviliyinin təmin olunmasını qarşıya əsas məqsəd qoyan Prezident İlham Əliyevin bu sahənin inkişafına göstərdiyi diqqət və qayğı idmançılarımızın beynəlxalq yarışlarda yüksək nəticələr qazanmasına gətirib çıxarmışdır. Azərbaycan atletlərinin Atlanta Yay Olimpiya Oyunlarından başlayan zəfər yolu Sidney, Afina, Pekin və Londonda yüksək nəticələrin qazanılmasına rəvac vermişdir. Beləliklə, Azərbaycan dünya idman aləminə nəhəng mərkəzlərdən biri kimi daxil olur. Bu məsələdə Prezident İlham Əliyevin göstərdiyi səylər ölkəmizin idman sahəsində yetərincə nüfuz qazanması ilə nəticələnir. İlk Avropa Oyunlarının 2015-ci ildə Bakıda keçirilməsi ilə bağlı qərar isə ölkəmizin yürütdüyü idman siyasətinə dünyada göstərilən etimadın təzahürüdür. Heç şübhəsiz ki, ölkəmiz bu sınaqdan da uğurla çıxacaq və idman dövləti kimi statusunu daha da möhkəmləndirəcəkdir. ![]() AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.