İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin “Üfüq” İstehsalat Birliyinin Şirvan “Araz” zavodunun tərkibindəki döyüş sursatlarının utilizasiya mərkəzinin açılışında iştirak etmişdir

01 iyul 2013, 15:40
İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin “Üfüq” İstehsalat Birliyinin Şirvan “Araz” zavodunun tərkibindəki döyüş sursatlarının utilizasiya mərkəzinin açılışında iştirak etmişdir

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyulun 1-də Müdafiə Sənayesi Nazirliyinin “Üfüq” İstehsalat Birliyinin Şirvan “Araz” zavodunun tərkibindəki döyüş sursatlarının utilizasiya mərkəzinin açılışında iştirak etmişdir.

Dövlət başçısının Fərmanı ilə 2005-ci ildən fəaliyyətə başlayan Müdafiə Sənayesi Nazirliyi tabeliyindəki müəssisələrdə genişmiqyaslı yenidənqurma işləri həyata keçirməyə başlamışdır. Həmin müəssisələrin maşın və avadanlıq parkının yenilənməsi məqsədilə dünyanın inkişaf etmiş ölkələrindən ən son texnoloji avadanlıq alınıb quraşdırılmışdır. İndiyədək nazirliyin müəssisələrində müxtəlif istehsal sahələri yaradılmışdır. Şirvandakı “Araz” zavodunun tərkibindəki döyüş sursatlarının utilizasiya mərkəzinin yaradılması da Müdafiə Sənayesi Nazirliyinin son illərdəki inkişafını göstərir. Hərbi bazalarda saxlanılan və istifadə olunmayan bütün növ döyüş sursatları istehsalçı tərəfindən verilən zəmanətli saxlanma müddəti bitdikdən sonra yararsız vəziyyətə düşür ki, bu səbəbdən də onların utilizasiya edilməsi zərurəti yaranır. Əksər hallarda sursatlar açıq şəkildə partlatma və yandırma üsulları ilə məhv edilir ki, bu da atmosferi çirkləndirir və ekoloji problemlər yaradır. Bu proses zamanı təhlükəli halların baş verməsi faktları da nəzərə alınarsa utilizasiya işi daha mütərəqqi və təhlükəsizdir. Bu məqsədlə Şirvandakı “Araz” zavodunda döyüş sursatlarının utilizasiya mərkəzi yaradılmışdır. Zavodda, həmçinin döyüş sursatlarının doldurulması mərkəzi də fəaliyyət göstərəcəkdir. Burada müxtəlif çaplı artilleriya minaları presləmə, şnekləmə və aviabombalar əritmə üsulu ilə doldurulacaqdır. Minalar və aviabombalar partlayıcı maddələrlə doldurulduğu üçün mərkəz xüsusi təhlükəli istehsal sahələri kateqoriyasına aiddir. Burada texniki və yanğın təhlükəsizliyinin təmin edilməsi üçün mövcud normativ sənədlərə uyğun olaraq lazımi tədbirlər görülmüşdür.

Atıcı silahlar üçün döyüş sursatlarının istehsalı kompleksinin tamamlanması məqsədi ilə nazirliyin “Araz” zavodundan patronların əsas tərkib hissələrindən biri olan kapsul-alışdırıcıların istehsalı sahəsi də yaradılmışdır. Burada beş növ “Berdan” tipli kapsul-alışdırıcısının istehsalı nəzərdə tutulmuşdur.

Dövlət başçısı döyüş sursatlarının utilizasiya mərkəzinin maketi ilə tanış oldu.

Müdafiə sənayesi naziri Yavər Camalov məlumat verdi ki, Polşanın “Yakuş” şirkəti ilə birlikdə yaradılan mərkəzin ümumi sahəsi 12 hektardır. Mərkəz xüsusiyyətlərinə görə bir-birindən təhlükəsiz məsafələrdə yerləşdirilmiş və mühafizə sipərləri ilə əhatə olunan 24 obyektdən ibarətdir. Buraya utilizasiya proseslərini həyata keçirmək üçün modul tipli 20 konteyner, transformator yarımstansiyası, müxtəlif növ partlayıcı maddələr və utilizasiya məmulatları saxlanılan anbarlar, zərərsizləşdirmə kamerası, kompressor binası, döyüş sursatlarının texniki vəziyyətinin qiymətləndirilməsi sahəsi və s. daxildir.

Ali Baş Komandan İlham Əliyev utilizasiya mərkəzinin fəaliyyətini əks etdirən filmə baxdı. Mərkəz müxtəlif çaplı mərmili atəş yığımlarının, artilleriya minalarının, qumbaraların, reaktiv mərmilərin, partladıcıların, siqnal və işıqlandırıcı patronların sökülməsi, tərkib hissələrinə ayrılması, tullayıcı və partladıcı atımların presləmə və əritmə üsulu ilə çıxarılaraq toplanması, yenidən forma dəyişikliyi verilərək qablaşdırılması üçün nəzərdə tutulmuşdur.

Prezident İlham Əliyev mərkəzi işə saldı.

Qeyd olundu ki, mərkəz alışdırıcı və partladıcıların tərkib hissələrinin zərərsizləşdirilməsi üçün texnologiyaya uyğun avadanlıqla təchiz olunmuşdur. Utilizasiya məqsədilə gətirilən döyüş sursatları tiplərinə və növlərinə görə qruplaşdırılaraq müvəqqəti saxlama anbarlarına yerləşdirilir. Sonra döyüş sursatlarının hər növündən nümunələr götürülərək texniki qiymətləndirmə laboratoriyalarına gətirilir. Xüsusi ayrılan otaqda böyüdücü vasitələrdən istifadə olunmaqla müayinədən keçirilir və ilkin qiymətləndirmə prosesi aparılır. Tipindən və ölçülərindən asılı olaraq utilizasiya prosesi müxtəlif konteynerlərdə bütün texniki təhlükəsizlik qaydaları nəzərə alınmış avadanlıqlarda avtomatik idarəetmə və xüsusi zirehli kameralarda kənardan nəzarət olunmaqla həyata keçirilir.

Ali Baş Komandan utilizasiya prosesini izlədi.

Proses zamanı partlayıcı maddələrin çıxarılmasından sonra alınan materialların təkrar xammal kimi istifadə edilməsi nəzərdə tutulmuşdur. Burada il ərzində 5 min ton müxtəlif döyüş sursatlarının utilizasiyası aparılacaqdır. Layihə üzrə işçilərin sayı 62 nəfərdir. Mərkəzin bütün sahələrində yerli mütəxəssislər çalışacaqlar. Onlar “Yakuş” şirkətinin aparıcı mütəxəssislərinin təşkil etdiyi kurslara cəlb olunmuş və bilavasitə sahələrdə quraşdırılan texnoloji avadanlıq üzərində təcrübə keçmişlər. Utilizasiya sahəsində tullantısız texnologiyalar əsasında ekoloji tələblərə cavab verən təhlükəsiz metodlar tətbiq edilmişdir.

Sonra Prezident İlham Əliyev Şirvan “Araz” zavodunun döyüş sursatlarının doldurulması mərkəzinə gəldi. Ali Baş Komandan burada mərkəzin fəaliyyətini əks etdirən filmə baxdı.

Bildirildi ki, mərkəzin ümumi sahəsi 4 min kvadratmetrdir. Burada 60, 82 və 120 millimetrlik minaların gövdələrinin partladıcı maddələrlə doldurulması üçün xüsusi avadanlıq quraşdırılmışdır.

Dövlət başçısı mərkəzi işə saldı.

İş prosesi ilə tanışlıq zamanı Prezident İlham Əliyevə məlumat verildi ki, doldurma mərkəzində 60 millimetr çaplı minaların gövdələrinə trotil maddəsinin presləmə yolu ilə, 82 və 120 millimetr çaplı minaların gövdələrinə isə trotil, trotil-dinitronaftalin partladıcı maddə qarışığının şnekləmə üsulu ilə doldurulması həyata keçirilir. Mərkəz texnologiyaya uyğun tələb olunan istehsal və nəzarət avadanlığı ilə təchiz edilmişdir. İstehsalat sahəsində dörd xətt quraşdırılmışdır. Hazırlıq, köməkçi və doldurma işlərini yerinə yetirmək üçün təhlükəsiz iş şəraitini təmin edən sahələr hazırlanmışdır. Birinci xətdə 60 millimetrlik minanın, ikinci lent şəkilli xətdə 82 və 120 millimetrlik minaların sökülməsi və doldurmaya hazırlanması işlərini aparmaq, üçüncü konveyer xəttində 120 millimetr çaplı mərmilərin, dördüncüdə isə 60 və 82 millimetr çaplı mərmilərin yığılması üçün texnoloji iş sahələri yaradılmışdır.

Dövlət başçısına məlumat verildi ki, doldurma mərkəzi il ərzində bir növbəli iş rejimində 20 min ədəd 60 millimetr çaplı, 40 min ədəd 82 millimetr çaplı və 40 min ədəd 120 millimetr çaplı mərmilərin doldurulması və yığılmasını təmin edən istehsal gücünə malikdir.

“Araz” zavodunun kapsulların hazırlanması sahəsi müxtəlif növ alışdırıcı kapsulların istehsalı üçün nəzərdə tutulmuşdur. Kapsulların doldurulması, dozalaşdırılması, yoxlanılması və qablaşdırılması ən müasir texnoloji avadanlıqla avtomatik rejimdə həyata keçirilir. Mərkəzdə il ərzində birnövbəli iş rejimində 40 milyon kapsul istehsalı nəzərdə tutulmuşdur.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:58
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

19 aprel 2024, 16:58
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:56
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik...

19 aprel 2024, 16:56
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:54
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                           

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli...

19 aprel 2024, 16:54
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:52
“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29...

19 aprel 2024, 16:52
SƏNƏDLƏR Sərəncamlar 17 aprel 2024
16:55
Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...

17 aprel 2024, 16:55
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:55
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə...

16 aprel 2024, 13:55
SƏNƏDLƏR Qanunlar 16 aprel 2024
13:53
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alır:

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi...

16 aprel 2024, 13:53
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:51
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

16 aprel 2024, 13:51