|
01 iyul 2013, 16:00
İlham Əliyev Şirvanda Bayraq Meydanında yaradılan şəraitlə tanış olmuşdur
Prezident İlham Əliyev Şirvan şəhərindəki Bayraq Meydanında yaradılan şəraitlə tanış olmuşdur. Azərbaycanın əksər bölgələrində olduğu kimi, Şirvanda da yeni yaradılmış Bayraq Meydanı və burada ucaldılan dövlət bayrağı möhtəşəmliyi ilə diqqəti cəlb edir. Bayraq Meydanı Heydər Əliyev prospektində, Şirvan şəhərinin giriş hissəsində yerləşir. Meydanın ümumi ərazisi 1,3 hektar, bayraq dirəyinin hündürlüyü 76 metrdir. Təbii mərmərlə üzlənmiş postamentin üzərində Azərbaycanın xəritəsi, dövlət himninin mətni və dövlət gerbi əks olunmuşdur. Bildirildi ki, meydan inşa olunarkən burada Azərbaycan memarlıq məktəbinin elementlərindən geniş istifadə edilmişdir. Bayraq Meydanının ərazisində geniş abadlıq işləri aparılmış, yaşıllıq zolağı salınmışdır. Burada 6 minə yaxın ağac, müxtəlif növ gül və bəzək kolları əkilmiş, beş min kvadratmetr sahədə çəmənlik salınmış, mərmər plitələr döşənmiş, müasir oturacaqlar qoyulmuş, işıqlandırma sistemi quraşdırılmışdır. Şirvan Bayraq Meydanında şəhər sakinlərinin istirahəti üçün hər cür şərait vardır. Dövlət başçısı Bayraq Meydanında yaradılmış şəraiti yüksək qiymətləndirdi. ![]() AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.