Gerb

02 iyul 2013, 13:00

Çox hörmətli cənab Prezident! 

Azərbaycanda milli teatrın 140 illik yubileyi münasibətilə teatr xadimlərinin, yaradıcı şəxslərin, o cümlədən Azərbaycan Dövlət Musiqili Teatrının əməkdaşlarının yüksək mükafatlarla təltif edilməsi qəlbimizi fərəh hissi ilə doldurur. Bu mükafatlar bizim əməyimizə, yaradıcılıq uğurlarımıza dövlət qayğısını bir daha təsdiq edir. Biz bu mükafatlardan qürur duyur və fəxr edirik ki, ölkəmizdə sənətə, sənətkarlığa bu qədər yüksək qiymət verilir.

Möhtərəm, cənab Prezident!

Biz çox gözəl bilirik ki, ümummilli liderimiz Heydər Əliyev milli teatrımıza həmişə böyük diqqət və sevgi ilə yanaşmışdır. Milli mədəniyyətimizin tarixi inkişaf yolu Ulu Öndərin adı ilə bağlı olmuş, sənət adamları yaradıcılıq axtarışlarını məhz onun qayğısı sayəsində daha da inkişaf etdirmişlər.

Bu siyasət Sizin tərəfinizdən də böyük qayğı ilə davam etdirilir. Bizim teatrın yeni möhtəşəm binası bu gün buraya gələn hər kəsi valeh edir. Dünya standartlarına cavab verən bu bina bizi qürurlandırır. Bunun üçün Sizə bir daha böyük minnətdarlığımızı bildiririk.

Əziz Prezidentimiz!

Qarşıdan ölkəmiz üçün, Vətənimiz üçün çox məsuliyyətli bir dövr gəlir. Biz inanırıq ki, növbəti prezident seçkiləri xalqın, bütün dünya azərbaycanlılarının Sizə olan sevgisini və inamını bir daha sübut edəcəkdir. Xalqın iradəsi və əzmi ilə keçiriləcək seçkilər bir daha Sizə olan böyük və sonsuz inamı təsdiqləyəcəkdir. Biz buna ürəkdən inanır və hər kəsi bu şərəfli və məsuliyyətli günlərdə Sizin ətrafınızda sıx birləşməyə səsləyirik. Biz hər zaman Sizinləyik!

Dərin hörmət və ehtiramla,

Əliqismət Lalayev
Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar İncəsənət Xadimi, fəlsəfə doktoru

Azərbaycan Respublikası, Bakı şəhəri.