Gerb

12 may 2010, 15:59

Hörmətli cənab Prezident!

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin ən layiqli davamçısı olaraq 2003-cü ildən ötən müddətdə müdrik və uzaqgörən dövlət başçısı kimi apardığınız uğurlu siyasət nəticəsində ölkəmizin hərtərəfli inkişafı hər bir azərbaycanlı kimi məni də ürəkdən fərəhləndirir.

Möhtərəm cənab Prezident!

İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 65-ci ildönümü münasibətilə Sizin diqqət və qayğınız sayəsində mənə - I qrup Böyük Vətən müharibəsi əlilinə minik avtomobili hədiyyə etməyiniz və 500 manat məbləğində birdəfəlik maddi yardım verilməsi mənim və ailə üzvlərimin sevincinə səbəb olmuşdur.

Mənə göstərilən bu diqqət və qayğıya görə bütün ailəmiz adından Sizə dərin minnətdarlığımı və ehtiramımı bildirirəm.

Eyni zamanda bildirirəm ki, rayon sakinləri mənə göstərilən bu diqqət və qayğını bütün laçınlılara olan hörmətin nəticəsi kimi qiymətləndirirlər.

Cənab Prezident!

Biz müharibə veteranları Sizin apardığınız uğurlu daxili və xarici siyasəti, Qarabağ probleminin həlli ilə əlaqədar dəyişməz mövqeyinizi alqışlayırıq.

Biz qəti əminik ki, yalnız Sizin rəhbərliyiniz və apardığınız məqsədyönlü siyasət nəticəsində torpaqlarımız yağı düşməndən azad ediləcək, bütün məcburi köçkünlər kimi biz laçınlılar da öz dədə-baba torpaqlarımıza qayıdacağıq.

Dərin hörmət və ehtiramla,

İbiş Nəcəfqulu oğlu Abbasov

Laçın rayonunun Mişni kənd sakini, İkinci Dünya müharibəsi veteranı, I qrup əlil, hazırda Ağcabədi rayonu Taxta-Körpü ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkün.
 

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR