|
03 iyul 2013, 12:00
İlham Əliyev Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasının açılışında iştirak etmişdir
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasının açılışında iştirak etmişdir. Dövlət başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin binanın qarşısında ucaldılmış abidəsi önünə gül dəstəsi qoydu. Prezident İlham Əliyev binanın rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılmış şəraitlə tanış oldu. Heydər Əliyev adına mədəniyyət və istirahət parkının giriş hissəsində yerləşən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binası ikimərtəbəlidir. Birinci mərtəbədə geniş foye, iş otaqları, ikinci mərtəbədə iş otaqları, konfrans zalı və 120 nəfərlik iclas zalı vardır. Foyedə ümummilli lider Heydər Əliyevin büstü qoyulmuş, Ulu Öndərin mənalı həyat yolunun və çoxşaxəli siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoşəkillər asılmışdır. Dövlət başçısı binada yaradılmış şəraitdən razılığını bildirdi. ![]() AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.