Gerb

03 iyul 2013, 16:00

Hörmətli cənab Prezident! 

Azərbaycanda teatrın inkişafına göstərdiyiniz diqqət və qayğı bu sahədə çalışan sənət adamlarını, eləcə də Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivini daha səmərəli işləməyə ruhlandırır. Teatrımız ölkəmizdə gənc nəslin formalaşmasına, onlara vətənpərvərlik duyğularının, yüksək mənəvi keyfiyyətlərin aşılanmasına öz töhfəsini vermək üçün səylə çalışır. Teatrın kollektivinin fəaliyyətini yüksək qiymətləndirərək, onun üzvlərinin bir qrupuna, o cümlədən bizə fəxri adlar verməyinizi çox böyük sevinclə qarşıladıq. Sizə dərin minnətdarlığımızı bildirir, cansağlığı və işlərinizdə uğurlar arzulayırıq. Bundan sonra da Azərbaycan dövlətinə, incəsənətinə və teatrına var qüvvəmizlə xidmət edəcəyik.

Dərin hörmət və ehtiramla,

Rejissor Ağalar Mehdiyev, rəssam Tair Tairov, aktrisalar Almaz Mustafayeva və Şəfəq Əliyeva

Azərbaycan Respublikası, Bakı şəhəri 

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR