Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

İlham Əliyev İtaliyanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir

Text size Plus Minus

03 iyul 2013, 16:30

Prezident İlham Əliyev İtaliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mario Baldini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

Dövlət başçısı İtaliyanın Azərbaycandakı səfiri Mario Baldiyə ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi işinə verdiyi töhfəyə görə təşəkkürünü bildirdi və gələcək fəaliyyətində ona uğurlar arzuladı.

Görüşdə Azərbaycan ilə İtaliya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, ticarət və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı və bu əlaqələrin gələcəkdə daha da möhkəmləndiriləcəyinə əminlik ifadə olundu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi