|
03 iyul 2013, 18:15
Əli Axundovdan, Salyan, Azərbaycan
Hörmətli cənab Prezident! Bu məktubu Sizə Salyan sakinləri adından yazmaqda məqsədim odur ki, Sizin təşəbbüsünüz sayəsində Neftçala rayonunda Kür çayı sahilində Fövqəladə Hallar Nazirliyinin limanı yaradılaraq, əraziyə lil sovuran gəmilər gətirilmişdir. Bu gəmilər vasitəsilə Kür çayının dibinin dərinləşdirilməsi bizi daşqın sularından birdəfəlik azad edir. Bundan başqa, cari ildə də bəndvurma işləri yüksək səviyyədə həyata keçirilmişdir. Hörmətli cənab Prezident! Sizin uğurla davam etdirdiyiniz ulu öndər Heydər Əliyev siyasətinin bəhrəsidir ki, Azərbaycan xalqı firavan yaşayır. Xalqımız heç bir çətinlikdən qorxmur, çünki Sizin kimi Prezidenti, arxa-dayağı vardır. Ölkəmizin gündən-günə inkişaf etməsinə və çiçəklənməsinə görə Sizə dərin minnətdarıq. Gələcək prezident seçkilərində də Sizi dəstəkləyəcəyimizi bildiririk. Sizə bir daha uzun ömür, cansağlığı, işlərinizdə uğurlar, müvəffəqiyyətlər arzulayıram.
Dərin hörmət və ehtiramla, AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
17 oktyabr 2013, 14:38
Yunanıstanın Baş naziri Antonis Samaras Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.