Gerb

04 iyul 2013, 18:00

Möhtərəm cənab Prezident! 

Azərbaycanda peşəkar teatrın 140 illiyi münasibətilə səhnə xadimlərini müxtəlif orden və medallarla, fəxri adlarla təltif etmisiniz. Təltif olunanların sırasında mən də varam. Aldığım “Əməkdar Artist” fəxri adı 22 illik səhnə yaradıcılığıma verilən ən yüksək qiymətdir. Buna görə də cənab Prezident, Sizə dərin ehtiramımı və təşəkkürümü bildirirəm.

Sizin mənə və sənət yoldaşlarıma göstərdiyiniz etimad bizi Azərbaycan teatr sənətinin tərəqqisi naminə yeni-yeni yaradıcılıq axtarışlarına səsləyir.

Söz verirəm ki, bütün bilik və bacarığımı Azərbaycan teatr sənətinin inkişafına həsr edəcəyəm. Sizə Azərbaycan Respublikasının inkişafında böyük uğurlar arzulayıram.

Dərin hörmət və ehtiramla,

Nicat Kazımov
Azərbaycan Respublikasının Əməkdar Artisti

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR