|
05 iyul 2013, 13:15
İlham Əliyev Rusiyanın “Rosneft” şirkətinin prezidentini qəbul etmişdir
Prezident İlham Əliyev Rusiya Federasiyasının “Rosneft” şirkətinin prezidenti İqor Seçini qəbul etmişdir. Dövlət başçısı “Rosneft”in prezidenti İqor Seçinin Azərbaycana səfərinin neft-qaz sektorunda əməkdaşlığımızın daha da genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirdi. Ölkələrimizin bu sahədə əməkdaşlığının inkişafı üçün yaxşı perspektivlərin olduğunu vurğulayan Prezident İlham Əliyev bu əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni imkanların müəyyənləşdirilməsinin önəmini qeyd etdi. “Rosneft” şirkətinin prezidenti İqor Seçin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin səmimi salamlarını dövlətimizin başçısına çatdırdı. SOCAR-ın regionun ən böyük şirkətlərindən biri olduğunu vurğulayan İqor Seçin “Rosneft”in SOCAR ilə beynəlxalq miqyasda uğurla əməkdaşlıq etdiyini və bu əməkdaşlığın böyük perspektivlərə malik olduğunu dedi. Dövlət başçısı Prezident Vladimir Putinin səmimi salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rusiyanın dövlət başçısına çatdırmağı xahiş etdi. Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı ikitərəfli münasibətlərimizin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi apardıqlarını qeyd etdi. Ölkələrimiz arasında neft-qaz sektorunda da əməkdaşlığın yaxşı təcrübəyə malik olduğunu vurğulayan dövlətimizin başçısı bu əlaqələrin daha da genişləndirilməsi üçün səyləri artırmağın önəmini qeyd etdi. AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.