Hikmət Nəbili, Şəki, Azərbaycan
05 iyul 2013, 13:30
Hörmətli cənab Prezident!
Qədim tarixi olan və öz maraqlı çıxışları ilə təkcə Şəkidə deyil, bütün ölkəmizdə tamaşaçılar tərəfindən maraqla qarşılanan Şəki Dövlət Dram Teatrının kollektivi teatrın inkişafına göstərdiyiniz qayğını yüksək qiymətləndirir. Azərbaycan peşəkar milli teatrının 140 illik yubileyi münasibətilə məni və teatrın aktyoru Əbülfət Salahovu teatrın inkişafındakı xidmətlərimizə görə fəxri adlara layiq görməyiniz də kollektivimizdə böyük sevinclə qarşılanmışdır. Yüksək etimadınıza görə səmimi təşəkkürümüzü bildirir, Sizə və ailə üzvlərinizə uzun ömür, cansağlığı arzulayırıq.
Hörmət və ehtiramla,
Hikmət Nəbili
Şəki Dövlət Dram Teatrının direktoru
Azərbaycan Respublikası, Şəki şəhəri.
