Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Yavər Cəbrayılovdan, Salyan, Azərbaycan

Text size Plus Minus

05 iyul 2013, 13:50

Möhtərəm cənab Prezident! 

İlk növbədə respublikada apardığınız əvəzsiz işlərə görə dərin təşəkkürümüzü bildiririk. Siz ulu öndər Heydər Əliyev ənənələrinə sadiq qalaraq bir Prezident kimi doğma Azərbaycanımıza, xalqımıza ləyaqətlə rəhbərlik edirsiniz. Biz bunu hər an hiss edirik.

Hörmətli Prezident, Sizin imzaladığınız Sərəncamla Azərbaycan teatrının inkişafındakı xidmətlərinə görə mən də “Əməkdar Mədəniyyət İşçisi” fəxri adına layiq görülmüşəm. Bu diqqət və qayğıya görə Sizə kollektivimiz adından dərin təşəkkürümüzü bildiririk.

Hörmət və ehtiramla,

Yavər Cəbrayılov
Salyan Dövlət Kukla Teatrının direktoru

Azərbaycan Respublikası, Salyan rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi