|
05 iyul 2013, 15:50
İlham Əliyev yenidən qurulan Tovuz–Qovlar–Ağbaşlar avtomobil yolunun açılışında iştirak etmişdir
Prezident İlham Əliyev yenidən qurulan Tovuz–Qovlar–Ağbaşlar avtomobil yolunun açılışında iştirak etmişdir. Dövlət başçısı yolun texniki göstəricilərini, əvvəlki və hazırkı vəziyyətini, eləcə də rayonda görülmüş tikinti-quruculuq işlərini, həmçinin Gənclər Evinin layihəsini əks etdirən stendlərə baxdı. Məlumat verildi ki, Prezident İlham Əliyevin “Tovuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2012-ci il 1 may tarixli Sərəncamına əsasən 40 min nəfərin yaşadığı 35 məntəqəni birləşdirən Tovuz–Qovlar-Ağbaşlar avtomobil yolunun tikintisi məqsədilə 2012-ci ilin dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Tovuz Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon manat ayrılmışdır. Bildirildi ki, ümumi uzunluğu 51 kilometr olan Tovuz-Qovlar-Ağbaşlar avtomobil yolunun tikintisinə 2012-ci ilin oktyabrında başlanmışdır. Sonrakı dövrdə həmin yolun tikintisi davam etdirilərək başa çatdırılması üçün daha 11,5 milyon manat vəsait ayrılmışdır. Yenidənqurma işləri zamanı yol yatağına on minlərlə kubmetr torpaq, qum-çınqıl qarışığı yayılmış, 330 min kvadratmetr asfalt-beton örtük salınmışdır. Qeyd olundu ki, layihə çərçivəsində Əhmədabad kəndi ərazisində Zəyəm çayı üzərində uzunluğu 62 metr olan üçaşırımlı körpü də tikilmişdir. Bundan başqa, yol boyunca xeyli sayda su keçidləri tikilmiş və təmir olunmuşdur. Rayonun sosial-iqtisadi həyatında mühüm əhəmiyyətə malik Tovuz–Qovlar-Ağbaşlar avtomobil yolundan qonşu Gədəbəy rayonunun sakinləri də istifadə edirlər. Yeni yolun turizmin və bütövlükdə rayonun iqtisadiyyatının inkişafı baxımından müstəsna əhəmiyyəti vardır. Belə ki, əlverişli iqlim şəraitinə, təbii meşə örtüyünə və sərin bulaqlarına görə yay mövsümündə əraziyə gələn turistlərin sayı yolun yenidən qurulmasından sonra bir neçə dəfə artmışdır. Gələcəkdə turistlərə yeni xidmətlərin göstərilməsi üçün müvafiq işlər görülür. Yolun yenidən qurulması layihəsi çərçivəsində yolboyu yaşayış məntəqələrinin girişi və daxili yollarında da xeyli işlər aparılmışdır. Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi. Dövlət başçısı görülən işləri yüksək qiymətləndirdi. ![]() AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.