Vaqif Əliyevdən, Füzuli, Azərbaycan
05 iyul 2013, 18:05
Hörmətli cənab Prezident!
Sizin rəhbərliyiniz ilə ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlər mədəniyyətimizin sürətlə inkişaf etməsində, sənət adamlarının daha geniş qayğı ilə əhatə olunmasında da özünü göstərir. Ömrünü mədəniyyətə həsr etmiş bütün teatr işçilərimiz kimi Füzuli Dövlət Dram Teatrının əməkdaşları da Sizin bu sahəyə göstərdiyiniz diqqət və qayğını yüksək qiymətləndirirlər.
Hörmətli cənab Prezident!
Yüksək etimad göstərərək, məni “Əməkdar Mədəniyyət İşçisi” fəxri adına layiq gördüyünüzə görə Sizə teatrımızın yaradıcı heyəti adından və şəxsən öz adımdan dərin minnətdarlığımı bildirirəm.
Hörmət və ehtiramla,
Vaqif Əliyev
Füzuli Dövlət Dram Teatrının direktoru
Azərbaycan Respublikası, Füzuli rayonu, Horadiz şəhəri.
