|
05 iyul 2013, 21:00
İlham Əliyev Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak etmişdir
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak etmişdir. Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi. Prezident İlham Əliyev binada yaradılmış şəraitlə tanış oldu. Məlumat verildi ki, Azərbaycanın aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının ümumi amallar naminə göstərdiyi uğurlu fəaliyyətində rayon təşkilatlarının rolu danılmazdır. Partiyanın rayon təşkilatlarının yeni inşa olunmuş inzibati binaları da müasirliyi ilə seçilir. Həmin binalarda səmərəli fəaliyyət üçün hər cür şərait yaradılmışdır. Bildirildi ki, son illər Qazax rayonunda çoxlu sosial təyinatlı infrastruktur obyektləri tikilib istifadəyə verilmişdir. Yeni Azərbaycan Partiyası rayon təşkilatının yeni inzibati binası da memarlıq üslubu və əməkdaşların səmərəli fəaliyyəti üçün yaradılmış şəraiti ilə seçilir. Binanın foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulmuş, Yeni Azərbaycan Partiyasının qurucusu, Ümummilli Liderin və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin partiya quruculuğu ilə bağlı fəaliyyətini əks etdirən fotostendlər quraşdırılmışdır. Birinci mərtəbə ilə tanış olan Prezident İlham Əliyevə bildirildi ki, inzibati binanın inşasına 2013-cü ilin yanvarında başlanmışdır. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan 65 yerlik akt zalı, iş otaqları vardır. Binanın ikinci mərtəbəsində isə məşvərət otağı, 20 yerlik konfrans zalı, istirahət və kompyuter otaqları, arxiv yerləşir. Daxili sahəsi 378 kvadratmetr olan ikimərtəbəli binanın həyəti abadlasdırılmışdır. Dövlət başçısı binada yaradılmış şəraitdən razılığını bildirdi. ![]() 05 iyul 2013, 18:52
İlham Əliyev Qazax sement zavodunun yeni istehsal xəttinin açılışında iştirak etmişdir
more...
05 iyul 2013, 20:40
İlham Əliyev Qazaxda Uşaq Əyləncə Mərkəzinin açılışında iştirak etmişdir
more...
AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.