|
05 iyul 2013, 20:40
İlham Əliyev Qazaxda Uşaq Əyləncə Mərkəzinin açılışında iştirak etmişdir
Prezident İlham Əliyev Qazaxda Uşaq Əyləncə Mərkəzinin açılışında iştirak etmişdir. Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi. Məlumat verildi ki, uşaqların keyfiyyətli təhsil və dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilməsi, qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir. Dövlətin uşaq siyasətinə hər zaman dəstək verən Heydər Əliyev Fondu da bu istiqamətdə vacib layihələr həyata keçirir. Bu sahə ilə bağlı müvafiq dövlət proqramlarının qəbul edilməsi və həyata keçirilməsi davamlı xarakter almışdır. Bakıda və regionlarda körpələr evləri, uşaq bağçaları, əyləncə mərkəzləri tikilir, internat və orta məktəblər əsaslı şəkildə yenidən qurulur. Azərbaycan Prezidenti Uşaq Əyləncə Mərkəzində yaradılan şəraitlə tanış oldu. Məlumat verildi ki, ətraf ərazidə abadlıq-quruculuq işləri aparılmış, uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün lazımi şərait yaradılmışdır. Mərkəzin ərazisi 1,2 hektardır. Mərkəzin qarşısında sahəsi 1080 kvadratmetr olan süni göl yaradılmışdır ki, bu da binanın görünüşünə daha da gözəllik qatır. Mərkəzin tikinti sahəsi 400 kvadratmetrdir. Bildirildi ki, Uşaq Əyləncə Mərkəzinin tikintisinə 2013-cü ilin yanvarında başlanmışdır. Burada istirahət edən uşaqlara 8 nəfərlik işçi heyət nəzarət edəcəkdir. Mərkəzdə uşaqların əylənmələri üçün bütün şərait yaradılmışdır. Mərkəzdə kompyuter zalı, inzibatçı otağı, oyun zalı, bufet-kafe, mətbəx və xidmət heyəti üçün otaqlar vardır. Dövlət başçısı mərkəzdə yaradılmış şəraitdən razılığını bildirdi. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.