|
05 iyul 2013, 23:00
İlham Əliyev Ağstafada açıq səma altında salınan Tarixi və Müasir Abidələr Parkı ilə tanış olmuşdur
Prezident İlham Əliyev Ağstafada açıq səma altında salınan Tarixi və Müasir Abidələr Parkı ilə tanış olmuşdur. Məlumat verildi ki, Tarixi və Müasir Abidələr Parkında bu gün öz inkişaf dövrünü yaşayan Azərbaycanın coğrafi mövqeyi, tarixi abidələri sərgilənir. Məqsəd mədəniyyətimizi və tarixi abidələrimizi təbliğ etməklə yanaşı, Ağstafa şəhərinin simasına yeni memarlıq elementlərini daxil etməkdir. Bildirildi ki, parkın tikintisinə 2012-ci ilin noyabrında başlanılmışdır. İnşaat işləri rayonun imkanları hesabına aparılmışdır. Ağstafa şəhərinin mərkəzində yerləşən parkın ərazisi 2,5 hektardır. Bu miniatür parkı Azərbaycanı əhatə edən dağ silsilələrini, çay və gölləri, təbiət mənzərələrini xəritə üzərində əks etdirir. Azərbaycanın ayrı-ayrı bölgələrində olan və xalqımızın tarixi keçmişini yaşadan tikililər, abidələr, saray və qala divarları, müqəddəs ziyarətgahlara aid türbə və məscidlər, müasir dövrə aid arxitektura nümunələri yüksək peşəkarlıqla yaradılmışdır. Parkın ərazisində Azərbaycanın məşhur tarixi şəxsiyyətlərinin xatirəsini əbədiləşdirən məqbərə və türbələr, dini-tarixi memarlıq abidələri, məscid və sarayların maketləri quraşdırılmışdır. Böyük və Kiçik Qafqaz sıra dağları, Naxçıvanın məşhur dağ, qala və ziyarətgahları və digər infrastruktur obyektlərinin maketləri də onların sırasındadır. Burada, həmçinin Kür və Araz çayları, Göygöl və Batabat gölləri, əsas avtomobil və dəmir yolları, yol qovşağı və körpüləri də əksini tapmışdır. Müasir dövrdə Azərbaycanda inşa olunan və memarlıq üslubu ilə seçilən arxitektura nümunələrinin də parkın ərazisində təsvirləri yer almışdır. Parkın ətrafında uzunluğu 160 metr, eni 10 metr olmaqla Xəzər dənizinin təsviri yaradılmışdır. Ərazidə piyada keçidlərinə qranit döşənmiş, 5 min kvadratmetr yaşıllıq sahəsi salınmış, müasir işıqlandırma və suvarma sistemləri quraşdırılmışdır. Gecələr hər bir eksponatın ayrıca işıqlandırılması təmin edilmişdir. Məlumat lövhəsində hər bir eksponat haqqında Azərbaycan və ingilis dillərində informasiyalar yazılmışdır. Prezident İlham Əliyev parkda yaradılmış şəraiti yüksək qiymətləndirdi. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.