|
06 iyul 2013, 19:00
Azərbaycan Respublikasının Xalq Artisti Tamara Sinyavskayaya
Əziz Tamara İlyiniçna! Sizi – görkəmli musiqi mədəniyyəti xadimini, gözəl müğənni və istedadlı pedaqoqu yubileyiniz münasibətilə təbrik edirəm. Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram. Sizin opera səhnəsinə ilk gəlişinizdən başlayaraq sənətşünaslar səsinizin bənzərsiz tembrini, böyük fitri istedadınızı və şəxsiyyətinizin heyrətamiz cazibəsini qeyd etmişlər. Nüfuzlu beynəlxalq müsabiqələrdə qazandığınız mükafatlar nadir istedadınızın və yüksək peşəkarlığınızın təsdiqidir. Böyük metso-sopranoların ənənələrinin davamçısı kimi Siz məxsusi ifaçılıq tərzinizi formalaşdırmağa, opera teatrı salnaməsində həmişəlik yaşayacaq parlaq səhnə obrazları yaratmağa nail olmusunuz. Sizə xas olan incə musiqi zövqü konsert fəaliyyətinizdə klassik repertuarı rus xalq mahnıları və müasir estrada ilə harmonik şəkildə əlaqələndirməklə müxtəlif janrlarda uğur qazanmaq imkanı vermişdir. Bu gün Sizin zəngin təcrübənizin gənc müğənnilərə çatdırılmasına yönəlmiş pedaqoji fəaliyyətiniz, heç şübhəsiz, yeni mədəni elitanın formalaşmasına şərait yaradır. Siz Azərbaycanın böyük dostu kimi bizim musiqi mədəniyyətimizi həmişə ləyaqətlə təmsil etmiş, Azərbaycan-Rusiya mədəni əlaqələrinin inkişafına və genişlənməsinə töhfə vermisiniz. Əminəm ki, bundan sonra da belə olacaqdır. Ən xoş arzularla, İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.