Gerb

06 iyul 2013, 19:30

Hörmətli cənab Prezident! 

Pirallahı qəsəbəsi Sizin sayənizdə özünün inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Uzun illərdir bu qəsəbədə yaşayırıq. Sizə ürəkdən minnətdarıq ki, nəhayət, bu qəsəbəyə 2012-ci ildən etibarən ayrıca rayon - Bakı şəhərinin Pirallahı rayonu statusunu verdiniz. Ötən ilin noyabr ayında isə rayonun abadlaşdırılması üçün 5 milyon manat vəsait ayırdınız. Artıq Pirallahı tanınmaz dərəcədə dəyişmişdir. Burada böyük sürətlə gedən yenidənqurma işləri hamını sevindirir. Biz bilirik ki, yaxın vaxtlarda Pirallahı rayonu Abşeron yarımadasının, o cümlədən Bakı şəhərinin ən gözəl guşələrindən birinə çevriləcək, öz gözəlliyi, yaraşığı ilə buraya gələnləri heyran edəcəkdir.

Möhtərəm Prezident, yaxın illərədək bərbad vəziyyətdə olan Pirallahıya yeni həyat verdiyiniz və bütün qəsəbə sakinlərini ürəkdən sevindirdiyiniz üçün bütün ailə üzvlərim adından Sizə dərin təşəkkürümü bildirirəm.

Hörmət və ehtiramla,

Elşən Məzahir oğlu Tağıyev
Pirallahı rayon sakini

Azərbaycan Respublikası, Pirallahı rayonu.

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR