|
08 iyul 2013, 14:40
İlham Əliyev Kolumbiyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Prezident İlham Əliyev Kolumbiya Respublikasının Xarici İşlər naziri xanım Maria Anxela Olqin Kueyarın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Görüşdə Azərbaycan ilə Kolumbiya arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olundu, bu münasibətlərin siyasi, iqtisadi, mədəni, beynəlxalq əməkdaşlıq və digər sahələrdə genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi. Söhbət zamanı əlaqələrimizin inkişaf etdirilməsində qarşılıqlı marağın olduğu qeyd edildi, əməkdaşlığımızın möhkəmləndirilməsində müxtəlif səviyyəli səfərlərin önəmi vurğulanaraq Kolumbiya Respublikasının xarici işlər naziri xanım Maria Anxela Olqin Kueyarın Azərbaycana səfərinin bu münasibətlərin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olundu. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparıldı. AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.