Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Cəfər Namiq Kamaldan, Bakı, Azərbaycan

Text size Plus Minus

08 iyul 2013, 16:00

Hörmətli cənab Prezident! 

Azərbaycanda peşəkar teatrın yaradılmasının 140 illik yubileyi ilə əlaqədar məni “Xalq Artisti” fəxri adına layiq gördüyünüzə görə Sizə təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Sizin atanız, ulu öndər Heydər Əliyev Elçinin “Ah Paris, Paris” tamaşasında oynadığım A.Eynşteyn obrazına görə məni “Əməkdar Artist” fəxri adına layiq görmüşdü. Allah ona rəhmət eləsin!

Atanızın əməllərinin layiqli davamçısı olaraq mənim yaradıcılığımı yüksək qiymətləndirdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Mən və sənət dostlarım Sizi Azərbaycan Respublikasının Prezidentliyinə yeganə və alternativsiz namizəd hesab edir, qarşıdan gələn prezident seçkilərində uğurlar arzulayırıq. Sizə uzun ömür, cansağlığı və ailə səadəti diləyirəm.

Dərin hörmətlə,

Cəfər Namiq Kamal
Xalq Artisti

Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi