Gerb

09 iyul 2013, 15:00

Möhtərəm cənab Prezident!

Ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycanın sosial-iqtisadi inkişafının Sizin hakimiyyətiniz dövründə yüksək sürətlə reallaşdırılmasını ürəkdən alqışlayırıq.

Hörmətli cənab Prezident, respublikamızda aparılan quruculuq işləri, gündən-günə gözəlləşən bölgələrimiz Sizin yüksək qayğınızın göstəricisidir.

Azərbaycanın dilbər guşəsi – Quba rayonunun tərəqqisi, yeni salınmış parklar, istirahət zonaları, yeni tikilən məktəblər, səhiyyə, poçt binaları, yolların asfaltlaşdırılması, Olimpiya kompleksi, diaqnostika mərkəzinin inşası Sizin rayonumuza bəslədiyiniz yüksək diqqət və qayğının nəticəsidir.

Sizin regionların inkişafı haqqında imzaladığınız Dövlət proqramları, fərman və sərəncamlar bizim Şuduq və Növdün kəndlərinə də öz müsbət təsirini göstərmişdir. Belə ki, 2005-ci ildə Növdün kəndində Heydər Əliyev Fondu tərəfindən 100 şagird yerlik məktəb, 2011-ci ildə Şuduq kəndində müasir tələblərə cavab verən poçt məntəqəsi tikilmişdir.

Zati-aliləri,

Sizin 2013-cü il mayın 31-də Növdün və Şuduq kəndlərinin yolunun asfaltlaşdırılması haqqında imzaladığınız Sərəncam biz ağsaqqallar, ağbirçəklər, gənclər və ziyalılar tərəfindən hədsiz sevinc hissi ilə qarşılanmışdır.

Biz 2013-cü ilin oktyabrında keçiriləcək prezident seçkilərində birmənalı şəkildə Sizi dəstəkləyəcək, ümummilli lider Heydər Əliyevin siyasi kursuna sədaqətimizi bir daha nümayiş etdirəcəyik.

Sizə gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayırıq.

Dərin hörmətlə,

Quba rayonu Şuduq və Növdün kəndlərinin sakinləri adından:
1. Kərimov Gülbala
2. Abbasov Fərman
3. Səmədov Nəriman
4. Atakişiyev Şirinbala
5. Əhmədov Əhməd və başqaları (cəmi: 15 imza)

Azərbaycan Respublikası, Quba rayonu, Şuduq və Növdün kəndləri.