Gerb

10 iyul 2013, 18:00

Möhtərəm cənab Prezident! 

Sizin “Qazax rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 8 iyul tarixli Sərəncamınızla rayonumuza 2 milyon manat vəsaitin ayrılması biz qazaxlıları ürəkdən sevindirir və daha yaxşı çalışmağa, işləməyə ruhlandırır. Bu böyük diqqət və qayğı üçün Qazax rayonunun bütün sakinləri adından Sizə hədsiz minnətdarlığımızı bildirir və müstəqil Azərbaycanın xoşbəxt gələcəyi naminə işlərinizdə daha böyük uğurlar arzulayırıq.

Böyük hörmət və ehtiramla,

Əliyev Razim Bayram oğlu
Qazax şəhər sakini, ağsaqqal

Azərbaycan Respublikası, Qazax rayonu.